Azərbaycanda Elmİn
İnkİşaf Fondu yaradIlacaq
SAMİR ŞƏRİFOV: "Dövlət
büdcəsindən bu fonda
7 milyon manat vəsait ayrılması nəzərdə tutulur"
Dünən Milli Məclisin (MM) 5 daimi komissiyasında 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirildi. Layihə barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2009-cu ilin büdcə layihəsində elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin həyata keçirilməsi üçün 2 milyard 139,3 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2008-ci illə müqayisədə 421,5 milyon manat və ya 24,5 faiz çoxdur.
Nazirin sözlərinə görə, bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 17,4 faizə çatıb. Bu da 2008-ci illə müqayisədə 1,8 faiz çoxdur. S.Şərifov bildirdi ki, 2009-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə və mədəniyyət üzrə məqsədli dövlət proqramlarının maliyyə təminatı üçün 316,1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2008-ci illə müqayisədə 150,5 milyon manat və ya 90,9 faiz çoxdur. Nazirin sözlərinə görə,
|