Azərbaycan və Rusİya prezİdentlərİ Dostluq Bəyannaməsİ İmzaladIlar
İLHAM ƏLİYEV: "ÖLKƏLƏRİMİZ
ARASINDA QURULAN STRATEJİ
TƏRƏFDAŞLIQ MİLLİ
MARAQLARIMIZA UYĞUNDUR"
Dünən Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana ilk rəsmi səfərə gəlib. Ali qonaq Azərbaycan Prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib. Görüşlərdə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq perspektivləri və digər məsələlər nəzərdən keçirilib.
Dmitri Medvedyev ümidvar olduğunu deyib ki, Azərbaycana səfəri son dərəcə uğurlu keçəcək. Onun fikrincə, Rusiya və Azərbaycan arasında münasibətlər pozitiv istiqamətdə inkişaf edir. Dmitri Medvedyev bəyan edib ki, Rusiya və Azərbaycanın çox güclü iqtisadi əlaqələri mövcuddur: "Bu, bizə müxtəlif problemlərin həllində kömək edir. Biz iki ölkə arasında ticarət dövriyyəsini ildə 2 milyard dollara çatdırmağı
|